Frananın "Monako" klubu baş məşqçi Adi Hütterlə bağlı qərar verib.
Sport.az xəbər verir ki, Liqa 1 təmsilçisi avstriyalı mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
55 yaşlı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Adi Hütter 2023-cü ilin aprel ayında "Monako"nun baş məşqçisi təyin olunmuşdu. Komanda Fransa çempionatında 7 turdan sonra 13 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Sport1.az