Hazırda azad agent olan Luka Yoviç karyerasını İspaniyada davam etdirə bilər.
Sport1.az xəbər verir ki, forvardla La Liqa klubları yaxından maraqlanır. Söhbət "Real Oviedo" və "Real Betis"dən gedir. 27 yaşlı hücumçunun hazırkı dəyəri 4,5 milyon avrodur. Maraq üçün bildirək ki, oyunçunun keçidi üçün 2019/20 mövsümündə "Real Madrid" "Ayntraxt"a 63 milyon avro təzminat ödəmişdi.
Qeyd edək ki, ötən mövsümü "Milan"da keçirən serbiyalı meydanda olduğu 17 qarşılaşmada 4 qolla fərqlənməyi bacarıb.
Sport1.az