Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “İnter” Fransaya üz tutub.Sport1.az xəbər verir ki, İtaliya nəhəngi “Marsel”in futbolçusu Luis Enrikeni komandaya cəlb etməyi planlaşdırır. Bu barədə “Plettigoal” məlumat yayıb.
Hətta tərəflər arasında 2030-cu ilin iyununa qədər razılığın əldə olunduğu da qeyd edilib.
Xatırladaq ki, braziliyalı hücumçu 2024/25 mövsümündə “Marsel” forması ilə 35 oyuna çıxıb və 9 qola, 10 məhsuldar ötürməyə imza atıb.
Sport1.az