Madrid “Atletiko”sunun ulduz futbolçusu mövsümün sonunda komandadan ayrılacaq.Sport1.az xəbər verir ki, Aksel Vitsel mövsümün sonunda Madrid klubu ilə bitəcək müqaviləsini yeniləməyəcək. Bu barədə “AS” nəşri məlumat yayıb.
Belçikalı oyunçu İspaniya nəhəngindən “azad agent” kimi ayrılacaq.
Qeyd edək ki, 36 yaşlı futbolçu 2024/25 mövsümündə “Atletiko” forması ilə 20 oyuna çıxıb və 1 məhsuldar ötürməyə imza atıb.
Xatırladaq ki, təcrübəli müdafiəçi 2022-ci ildən “Atletiko Madrid”də çıxış edir.
Sport1.az