“Yuventus”un ulduz futbolçusu İstanbul nəhənglərinin “radarı”na düşüb.Sport1.az xəbər verir ki, “Qalatasaray” və “Fənərbağça” Duşan Vlahoviç ilə maraqlanır. Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Serbiyalı hücumçunun “qoca sinyora” ilə 2026-cı ilin iyununa qədər müqaviləsi mövcuddur.
25 yaşlı oyunçunun icarəyə götürülməsi ehtimalı yüksək görünür.
Qeyd edək ki, Vlahoviç 2024/25 mövsümündə Turin klubunun forması ilə 38 oyuna çıxıb və 14 qola, 5 məhsuldar ötürməyə imza atıb.
Sport1.az