“Real Madrid”in ulduzu mövsümün sonunda komandanı tərk edəcək.Sport1.az xəbər verir ki, Lukas Vasgez komanda ilə yollarını ayıracaq. Bu barədə “OkDiario” portalı məlumat yayıb.
Təcrübəli müdadiəçinin mövsümün sonunda klub ilə müqavilə müddəti başa çatacaq və ispaniyalının karyerasını başqa komandada davam etdirəcəyi qeyd olunur.
Xatırladaq ki, 33 yaşlı oyunçu 2024/25 mövsümündə “Real”ın forması ilə 46 oyuna çıxıb və 2 qola, 6 məhsuldar ötürməyə imza atıb.
Sport1.az