“Portu” mövsümün əvvəlində “Arsenal”dan icarəyə götürdüyü Fabio Viyeranı növbəti mövsüm də komandada saxlamağı planlaşdırır.Sport1.az xəbər verir ki, Portuqaliya nəhəngi təcrübəli yarımmüdafiəçini heyətdə saxlamağı düşünsə də hələ ki, “topçular” ilə danışıqlara başlamayıb. Bu barədə “O Jogo” nəşri məlumat yayıb.
“Portu”nun 24 yaşlı oyunçu üçün mövsümün sonunda hərəkətə keçəcəyi gözlənilir.
Qeyd edək ki, Fabionun icarə müddəti 2025-ci ilin iyun ayında başa çatacaq.
Viyera 2024/25 mövsümündə 38 oyuna çıxıb və 5 qola, 5 məhsuldar ötürməyə imza atıb.
Xatırladaq ki, sözügedən futbolçu “Portu” futbol akademiyasının yetirməsidir.
Sport1.az