Türkiyə millisinin və "Fənərbağça"nın sabiq üzvü Volkan Dəmirəl məşqçilik karyerasına qayıdacaq.
Sport1.az xəbər verir ki, sonuncu dəfə "Bodrum"u çalışdıran Demirel Superliqaya qayıtmağa hazırlaşır.
Dəmirəl “Kayserispor”un yeni rəhbər vəzifəsinə namizədlər siyahısına əlavə edilib və idarə heyətinə tövsiyə olunub.
Xatırladaq ki, Superliqada ardıcıl uğursuz nəticələrdən sonra "Kayserispor" baş məşqçisi Markus Qisdolla yollarını ayırıb.
Sport1.az