"Sassuolo" Kristian Volpato ilə yollarını ayıra bilər.Sport1.az xəbər verir ki, komandası ilə 2028-ci ilin yayına qədər müqaviləsi olan futbolçuyla başqa İtaliya klubu maraqlanır.
Söhbət "Torino"dan gedir. 21 yaşlı yarımmüdafiəçinin hazırda transfer dəyəri 6,5 milyon avrodur.
Qeyd edək ki, italiyalı ötən mövsüm meydana çıxdığı 21 oyunda 4 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az