Qazaxıstanlı Yelena Rıbakina Çinin Uhan şəhərində keçirilən WTA-1000 turnirində ikinci raundda rumıniyalı Jaklin Kristianı məğlub edib.
Sport1.az xəbər verir ki, rəqiblər meydanda 1 saat 23 dəqiqə keçirib və qarşılaşma 6-4, 6-3 hesabı ilə yekunlaşıb. Matç zamanı Rıbakina 11 eys yerinə yetirib, üç ikiqat səhvə yol verib və yeddi breyk nöqtəsindən ikisini çevirməyə nail olub. Jaklin Kristian isə dörd eys edib, beş ikiqat xəta buraxıb və heç bir qırılma nöqtəsini çevirməyib.
Rıbakina növbəti mərhələdə ikinci raundda yaponiyalı Naomi Osakanı məğlub edən Çexiya təmsilçisi Linda Noskova ilə qarşılaşacaq.
Sport1.az