PSJ məşhur oyunçusunu satır

Bölmə adı ---
Yayımlandı 3-05-2025, 20:44

PSJ məşhur futbolçusunu satmağı planlaşdırır.

Sport1.az xəbər verir ki, Paris klubu Kanq-İn Leeni yay “transfer pəncərəsi”ndə komandadan göndərmək niyyətindədir. Bu barədə “L’Equipe” nəşri məlumat yayıb.

Fransa nəhəngi Cənubi Koreyalı futbolçu ilə 2028-ci ilə qədər müavilə imzalamışdı.

Qeyd edək ki, 24 yaşlı hücumçu 2024/25 mövsümündə parislilərin forması ilə 43 oyuna çıxıb və 6 qola, 6 məhsuldar ötürməyə imza atıb.

Müəllif: Sport1.az