“Real Madrid”in sabiq futbolçusu komandaya geri qayıdır.Sport1.az xəbər verir ki, Alvaro Karrerasın yay “transfer pəncərəsi”ndə dönüşü gözlənilir. Bu barədə Ramon Alvarez “X” hesabında paylaşım edib.
Hazırda “Benfika”nın formasını geyinən 22 yaşlı oyunçu 2017-20-ci illərdə “Real”ın futbol akademiyasında çıxış edib.
İspaniyalı müdafiəçi 2024/25 mövsümündə Portuqaliya klubunun forması ilə 47 oyuna çıxıb və 4 qola, 5 məhsuldar ötürməyə imza atıb.
Sport1.az