Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Bayern” almaniyalı ulduzu heyətinə cəlb etməyi planlaşdırır.Sport1.az xəbər verir ki, Münhen klubu Florian Virtzi komandaya qatmaq niyyətindədir. Bu barədə “L’Equipe” nəşri məlumat yayıb.
Bundesliqa nəhəngi oyunçuya 5 illik 125 milyon avro dəyərində müqavilə hazırlayır.
Qeyd edək ki, Virtz 2024/25 mpvsümündə “Bayer 04” forması ilə 42 oyuna çıxıb və 15 qola, 13 məhsuldar ötürməyə imza atıb.
Sport1.az