“Qalatasaray”ın qış “transfer pəncərəsi”ndə icarəyə götürdüyü Alvaro Morata klubdakı gələcəyi ilə bağlı qərarını verib.Sport1.az xəbər verir ki, ulduz futbolçu karyerasını “Cim-Bom”da davam etdirmək istəyir. Bu barədə “AS” nəşri məlumat yayıb.
İstanbul nəhənginin rəhbərliyinin də ispaniyalı oyunçunun komandada qalmasında maraqlı olduğu qeyd edilib.
Xatırladaq ki, Morata 2024/25 mövsümündə “sarı-qırmızı” forma ilə 12 oyuna çıxıb və 6 qola, 2 məhsuldar ötürməyə imza atıb.
Sport1.az