“Mançester Yunayted” Premyer Liqamın digər klubundan futbolçu transferinə hazırlaşır.Sport1.az xəbər verir ki, “qırmızı şeytanlar” “İpsviç Taun”dan Liam Delapı heyətinə qatmağı planlaşdırır. Bu barədə “Sky Sports” məlumat yayıb.
Mançester klubu yay “transfer pəncərəsi”ndə qarşı tərəfə keçid üçün təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, 22 yaşlı hücumçu bu mövsüm 38 oyuna çıxıb və 12 qola, 2 məhsuldar ötürməyə imza atıb.
Sport1.az