“Mançester Yunayted”in kapitanı Bruno Fernandesin komandadakı gələcəyi müəyyənləşdi.Sport1.az xəbər verir ki, “qırmızı şeytanlar” təcrübəli yarımmüdafiəçinin yay”transfer pəncərəsi”ndə klubdan ayrılmasına icazə verməyəcək. Bu barədə ESPN məlumat yayıb.
Portuqaliyalı ulduzun baş məşqçi Ruben Amorim ilə yaxın münasibətinin olması və Mançester təmsilçisində özünü xoşbəxt hiss etməsi onun komandada qalma ehtimalını daha da yüksəldir.
Qeyd edək ki, Bruno 2024/25 mövsümündə İngiltərə nəhənginin forması ilə 52 oyuna çıxıb və 19 qola, 18 məhsuldar ötürməyə imza atıb.
Sport1.az