Portuqaliya təmsilçisi "Benfika"nın gənc oyunçusu Türkiyə klubu ilə danışıqlar aparır.
Sport1.az xəbər verir ki, 2027-ci ilə qədər müqaviləsi olan futbolçu ilə "Fənərbağça" maraqlanır. İstanbul klubu artıq oyunçunun meneceri ilə danışıqlara başlayıb. 15 yaşlı dayaq yarımmüdafiəçisinin hazırda transfer dəyəri 22 milyon avrodur.
Qeyd edək ki, portuqaliyalı futbolçu ötən mövsüm 45 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az