Xorvatiyalı müdafiəçiyə İspaniyadan maraq artıb.
Sport1.az xəbər verir ki, 2027-ci ilə qədər "Lion"la müqaviləsi olan futbolçu ilə "Real Sosyedad" maraqlanır. Klub artıq oyunçunun meneceri ilə danışıqlara başlayıb. 28 yaşlı futbolçunun transfer dəyəri 7 milyon avrodur.
Qeyd edək ki, Çaleta-Çar ötən mövsüm 28 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az