PSJ-nin portuqaliyalı hücumçusu karyerasını İngiltərədə davam etdirə bilər.
Sport1.az xəbər verir ki, 2028-ci ilə qədər müqaviləsi olan futbolçu ilə "Nyukasl Yunayted" yaxından maraqlanır. Adı çəkilən klub artıq oyunçunun meneceri ilə danışıqlara başlayıb. 24 yaşlı forvardın hazırda transfer dəyəri 40 milyon avrodur.
Qeyd edək ki, portuqaliyalı futbolçu ötən mövsüm meydana çıxdığı 46 oyunda 19 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az