Portuqaliyalı futbolçu Joao Feliks karyerasını Türkiyədə davam etdirə bilər.
Sport1.az xəbər verir ki, "Qalatasaray" hazırda icarə əsasında "Milan"da çıxış edən hücumçu ilə maraqlanır.
İstanbul təmsilçisi oyunçunun meneceri Jorje Mendeşlə əlaqə saxlayıb. 25 yaşlı futbolçunun nümayəndəsi "Qalatasaray"a müsbət cavab verib.
Joao Felişin müqavilə ilə məxsus olduğu "Çelsi" razılıq versə, ön xətt oyunçusu növbəti mövsümdə "Qalatasaray"ın formasını geyinə bilər.
Qeyd edək ki, Joao Feliş fevral ayında "Milan"a icarəyə verilib. Portuqaliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az