"Fənərbağça" bir futbolçusu ilə yolları ayırmaq üzrədir.Sport1.az xəbər verir ki, söhbət Duşan Tadiçdən gedir. Serbiyalının İstanbul təmsilçisi ilə mövsümün sonunda müqaviləsi başa çatır. Vinger ilə sabiq klubu "Ayaks" yaxından maraqlanır. Niderland təmsilçisi artıq oyunçunun meneceri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, ulduz futbolçu çıxış etdiyi 2 mövsüm ərzində 109 oyuna çıxıb. O, bu görüşlərdə 29 qol, 35 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az