Batista Mendinin karyerasını La Liqada davam etdirmə ehtimalı var.
Sport1.az xəbər verir ki, “Trabzonspor”la 2027-ci ilin yayına qədər müqaviləsi olan 25 yaşlı fransalı yarımmüdafiəçi ilə “Sevilya” yaxından maraqlanır. İspaniya klubu oyunçunun çıxışını diqqətlə izləyir və transfer üçün danışıqlara başlaya bilər.
Qeyd edək ki, Mendi ötən mövsüm 43 oyunda forma geyinib, 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun transfer dəyəri 10 milyon avro təşkil edir.
Sport1.az