13:15 8.04.2025 216

“Futbol mənə hər şey verib, əsas da...”

28 iyun, 1983-cü il, çərşənbə axşamı. Həmin yay günü Bakıda həyat sanki dayanmışdı. Səbəbsə, sadə idi, “Neftçi” Bakıda “Ararat”ı qəbul edirdi. Azarkeşləri də, futbola biganə qalanları da, bir sözlə, hamını bir sual maraqlandırırdı – oyun necə başa çatacaq? Komandamız erməniləri 3 cavabsız qolla məğlub etdi. Oyunun qəhrəmanlarından biri müdafiəçi Yaşar Vahabzadə idi. Hansı ki, bu gün təqaüd yaşını qeyd edir.

Yaşar müəllimlə görüşüb həyatı, karyerası, futbolumuzun indiki durumu barədə danışdıq. Bəri başdan qeyd edim ki, adını sonuncu çəkdiyim mövzuya toxunub qanınızı qaraltmaq istəmirəm.

Vahabzadə Yaşar Fikrət oğlu 1960-cı il aprelin 8-də Bakıda anadan olub. El dilində desək, Yasamal “uşağıdır”. İndiki 5-ci Yasamal adlandırılan ərazidə illərini “xərcləyib”, böyüyüb. Ailədə 6 uşaq olublar – 3 qardaş, 3 bacı. Yaşar müəllim ailənin 2-ci övladıdır. Anası Sonaxanım 1968-ci ildə vəfat edib. Atası Fikrət kişi sürücü olub. 6 övladının əlini çörəyə çatdıran Fikrət kişi 2009-cu ildə dünyasını dəyişib.

Uşaq vaxtlarından top oyunlarına, xüsusilə futbola böyük həvəsi olan balaca Yaşar boş vaxtlarını məhlələrində, oxuduğu 52 saylı orta məktəbin futbol meydanında top qovmaqla keçirirmiş. Adi günlərdən birində Yaşara orta yaşlı bir nəfər yaxınlaşıb və onu komandasına dəvət edib. Bu, “Neftçi”nin futbolçusu Asəf Namazovun böyük qardaşı Asif Namazov idi. Beləcə, Yaşar Vahabzadənin futbol həyatı başlayıb. 13 yaşında Asif müəllimin rəhbəri olduğu “Krasnıy vostok”da futbol məşğələlərinə qoşulan Yaşar Vahabzadə qısa zamanda istedadını göstərib.

O vaxtlar Bakıda indiki saysız-hesabsız ödənişli futbol klublarını xatırladan “Krasnıy vostok” kimi komandalar çox idi və bu komandalar mütəmadi olaraq Respublika stadionunun yaxınlığındakı asfalt örtüklü meydanda təşkil olunan yarışlarda iştirak edirdilər. Məqsəd seçilənləri Bakı birinciliyində çıxış edən futbol məktəblərinə göndərmək idi. Yaşar elə ilk oyunundaca diqqəti özünə çəkə bilib və mərhum Vladimir Qalaktionovun məşqçisi olduğu “FŞM-1”ə dəvət alıb. İlk ilində özündən 1 yaş böyüklərin komandasında oynayan Yaşar az sonra rəhmətlik Ruslan Abdullayev tərəfindən 14 yaşlılardan ibarət milli komandaya çağırılıb. Komanda ilə ilk səfəri də yadındadır. Donetsk vilayətinin Artyomovsk şəhərində keçirilən spartakiadadan sonra həm də “Neftçi”nin hazırlıq qrupunun rəhbəri olan Ruslan müəllim onu komandasına dəvət edib. Amma gənc futbolçu “FŞM”də qalmağı üstün tutub.

Yaşar Vahabzadənin usta futbolçu kimi “siftə”si 1977-ci ilə təsadüf edir. Həmin vaxt SSRİ dönəmində peşəkar futbolçu anlayışı yox idi. Ruslan Abdullayev artıq, “Neftçi”nin əvəzedici komandasının baş məşqçisi idi. Yığmaya isə onun yerinə Anatoli Qryazev gətirilmişdi. SSRİ-də çempionatlar payız-yaz sistemi ilə keçirildiyindən qış aylarında komandaların heyətlərini komplektləşdirməsi üçün xeyli vaxt olurdu. Məhz həmin dövrdə futbol məktəbləri turnir təşkil edirdilər. Ki, ustalardan ibarət komandaların məşqçiləri gəncləri izləsinlər və bəyəndikləri futbolçuları komandalarına götürsünlər. 1977-ci ilin qışında “Spartak” stadionunda keçirilən turnirdə 2-ci dəstənin 9-cu zonasında şıxış edən Bakının “Avtomobilçi” komandasının baş məşqçisi Əli Əbilzadə Yaşar Vahabzadənin oyununu bəyənib və beləcə, indiki dövrün dili ilə desək, onun peşəkar karyerası başlayıb.

“Avtomobilçi”dən söz düşmüşkən, ilk maaşı 110 manat olub. Fikrət kişi oğlunun futbolçu olmasını istəmirdi. Yaşar müəllim deyir ki, atası futbol azarkeşi idi, amma 1 dəfə də olsun övladının oyununu stadiondan izləməyib. Hətta oğlu ilk dəfə maaşını evə aparanda çox heyrətlənib. “A bala, mən neçə ildir ki, sürücü işləyirəm, 72 manat alıram, sən 1 aya 110 manatı necə qazandın?” – deyə, təəccübünü gizlətməyib.

1980-ci ildə “Avtomobilçi” bütün heyətlə Mingəçevirə göndərilib. Burada komandanın baş məşqçisi, mərhum Valentin Xlıstovun rəhbərliyi altında 2 il oynayıb. 1983-cü ildə isə Kazbek Tuayevin dəvəti ilə ikinci dəfə “Neftçi”yə çağırılıb. Bəs, birinci? Çayım soyuyur, burasını yubilyarın öz dilindən eşidək: “1980-ci ildə Respublika stadionunda 2-ci liqa komandalarının yığması ilə “Neftçi” arasında yoldaşlıq oyunu keçirildi. Biz 2:1 hesabı ilə qalib gəldik. Qolların birini mən, digərini isə “Avtomobilçi”dəki komanda yoldaşım, rəhmətlik Qəhrəman Əliyev vurdu. Oyundan sonra hər ikimizə bildirdilər ki, sabahdan “Neftçi”nin əvəzedici komandasına götürülürsünüz. İlk 2 oyunda əsas heyətdə 90 dəqiqə meydanda oldum. Növbəti oyun üçün səfərə gedirdik. Siyahıda adımın olmaması mənə pis təsir elədi. Əşyalarımı yığıb Mingəçevirə qayıtdım”...

1982-ci ildə “Neftçi”yə baş məşqçi Kazbek Tuayev təyin olunub. Buna kimi Lənkəranın “Xəzər”ini çalışdıran Tuayev demə, Vahabzadəni çoxdan gözaltı edibmiş. Maraqlıdır ki, Yaşar müəllim “Neftçi”yə götürülməsini qəzetdə dərc olunmuş xəbərdən bilib. “İdman” qəzetinə müsahibə verən Tuayev bir neçə gənci, o cümlədən, Yaşar Vahabzadəni komandaya çağırdığını bildirib.

Bəs, hərbi xidmət? Axı, SSRİ-də 18 yaşına çatmış oğlanlar 2 illik hərbi xidmət keçməli idilər. Demə, Yaşar müəllim SSRİ-yə “borcunu” cəmi 1 günə verib. Vahabzadə Mingəçevirin Mərkəzi Komitəsinin 1-ci katibinin komanda ilə görüşü zamanı problemini ona bildirib və katibin göstərişi ilə onun adı Mingəçevirdəki hərbi hissələrdən birinə yazılıb. Cəmi 1 gün söhbətinə gəlincə, əsgər geyimini ancaq andiçmədə geyinib, vəssalam.

Yeri gəlmişkən, 8-ci sinifə kimi əla qiymətlər alan, hətta “sinifkom” olan gənc millinin heyətində digər respublikalara səfərlər üzündən son 2 ildə təhsilə o qədər fikir verməyib. Ali məktəbə sənəd verdikdə, köməyə yenə futbol gəlib. 1977-ci ildə orta məktəbi bitirən məzun Vahabzadəyə millidə oynadığı üçün “endirim” edilib və Bətən Tərbiyəsi İnstitutuna daxil olub.

“Neftçi”dəki dövrə qayıdaq. Müdafiənin bütün mövqelərində oynamağı bacaran Vahabzadə burada Şakir Qəribov, Rəşid Özbəyov, Əsgər Abdullayev, Ələddin Ələkbərov, Vladimir Mixaylevski və digər “as”larla rəqabət aparmalı olub. İlk oyununa 3-cü turda Minskdə yerli “Dinamo”ya qarşı çıxıb. Zədəli Şakir Qəribovu əvəzləyən Vahabzadə 90 dəqiqə meydanda olub. Ən çox güclü zərbələri ilə azarkeşlərin yaddaşında qalan futbolçu ilk qolunu növbəti mövsüm Bakıda “Paxtakor”la oyunda vurub. Ümumiyyətlə, “Neftçi”nin heyətində 200-ə yaxın oyunda forma geyinib, 8 dəfə rəqibləri məyus edib.

Ən yaddaqalan oyunu yazının girişində bəhs etdiyim “Ararat”la Bakıdakı qarşılaşmadı. Stajlı futbol azarkeşləri “Ararat”la oyunları yaxşı xatırlayır. Ermənilərə məğlub olmaq, özü də Bakıda, intihara bərabər idi. İyunun 28-də Bakıdakı oyunda komandamız “Ararat”ı 3:0 hesabı ilə məğlub edir.

Oyunun qəhrəmanlarından biri də müdafiəçi Yaşar Vahabzadə olur.

Yeri gəlmişkən, həmin oyunun protokolunu tapa bildim:

“Neftçi” (Bakı) – “Ararat” (Yerevan) 3:0 (1:0)

28.06.1983. Bakı, Respublika stadionu, 32.200 tamaşaçı

Hakim: Viktor Abqolts

Qollar: İqor Ponomaryov 2 (pen.), 47; Maşallah Əhmədov, 78.

Sarı vərəqələr: Gennadi Drozdov, Maşallah Əhmədov (“Neftçi”); Robert Qalustyan, Aleksandr Keropyan (“Ararat”)
“Neftçi”: Sergey Kramarenko, Asim Xudiyev, Şakir Qəribov, Yaşar Vahabzadə, Əsgər Abdullayev, Vladimir Mixaylevski, Gennadi Drozdov, Səməd Qurbanov, İqor Ponomaryov, İsgəndər Cavadov (Ruslan Həbibov, 79), Maşallah Əhmədov (Səmədağa Şıxlarov).

Baş məşqçi: Kazbek Tuayev

“Ararat”: Oleq Rafailov, Rafael Qalustyan, Albert Sarkisyan (Artak Karapetyan, 79), Aşot Xaçatryan, Robert Qalustyan, Xoren Oqanesyan, Nazar Petrosyan (Hamlet Mxitaryan, 76), Poqos Qalstyan, Oqanes Kirakosyan, Aleksandr Keropyan, Samvel Kasaboqlyan.

Baş məşqçi: Arkadi Andreasyan

Yaşar müəllim deyir ki, “Neftçi”də oynadığı dövrdə o qədər maraqlı, yaddaqalan hadisələr olub ki. Birini yubilyarın öz dilindən eşidək: “Bizim dövrün demək olar ki, bütün məşhur hücumçularına qarşı oynamışam – Yuri Qavrilov, Fyodor Çerenkov, Oleq Bloxin, Ramaz Şengeliya... Heç birindən çəkinməmişəm, başabaş mübarizə gedib. Amma bir nəfər başıma elə oyun açıb ki, hələ də yadımdan çıxmayıb. Tiflis “Dinamo”sunda hücumçu var idi - Vladimir Qutsayev. Bir dəfə səfərdəki oyunda baş məşqçimiz Kazbek Tuayev Qutsayevi mənə tapşırdı. Adam məni o günə saldı ki, fasilədə əvəzlənməmi istədim. O qədər “podkat” eləmişdim ki, bütün bədənim yara idi. Düzdür, Kazbek Aliyeviç məni əvəzləmədi, mövqeyimi dəyişdi. Qutsayevi isə Rauf Əmirova tapşırdı. Həmin oyun heç-heçə başa çatdı – 1:1. Gürcülər qolu penaltidən vurdular. Hansı ki, Qutsayevi saxlamaq istəyəndə mən səbəb olmuşdum. Yaxşı yadımdadır, həmin epizoddan sonra Maşallah Əhmədov qışqıra-qışqıra üstümə gəldi ki, Qutsayevi niyə saxlaya bilmirsən? O vaxt “Dinamo”da oynayan və bizim də yaxşı tanıdığımız Zaur Svanadze Maşallaha qayıtdı ki, uşağın üstünə niyə qışqırırsan, bu adamı Manfred Kalts (70-80-ci illərdə Almaniyanın və dünyanın ən yaxşı müdafiəçilərindən biri – red.) saxlaya bilməyib, o da olsun sizin bu cavan oğlan. Maraqlıdır ki, 2-ci dövrədə Bakıdakı oyunda da eyni hal təkrarlandı. 2:2 hesabı ilə bitən oyunda rəqib hər 2 qolu mənim cinahımdan, Qutsayevin ötürməsindən sonra vurdu”.

7 il “flaqman”da oynayan Yaşar Vahabzadə “Neftçi”də ona qarşı münasibətin soyuduğunu hiss edərək öz istəyi ilə komandadan ayrılıb. Komanda yoldaşı və dostu Vaqif Sadıqovla birlikdə 2-ci dəstənin 9-cu zonasında çıxış edən Sumqayıtın “Xəzər” komandasına keçib. SSRİ dağıldıqdan sonra ilk milli çempionatımızda da “Xəzər”də olub, gümüş medalları qazanıb. Daha sonra Vaqif Sadıqovun məşqçisi olduğu “Nicat”a (Maştağa) keçib. 3-cü milli çempionatımızda yenidən doğma komandasına qayıdıb.

1993-1997-ci illərdə “Neftçi” ilə 2 dəfə ölkə çempionu olan, 2 dəfə də kuboku qazanan Vahabzadə “Azərbaycansayağı künc zərbəsi”ndən qol vuran ilk futbolçudur. 1993-cü ildə “Kür-Nur”la səfər oyununda baş məşqçi Vaqif Sadıqovun “beyninin məhsulu”nu qola çevirən Yaşar Vahabzadə bununla bir ilkə imza atıb. Sonradan digər komandalarımız, millimiz bu sayaq neçə-neçə qol vurub. 1997-ci ildə “Neftçi”dən ayrılan Vahabzadə 2 il “Dinamo”da (Bakı) oynadıqdan sonra 2000-ci ildə, 40 yaşında Sumqayıtın “Kimyaçı” komandasında peşəkar futbolla vidalaşıb.

Müstəqillik illərində Azərbaycan millisində 7 dəfə forma geyinib. Karyerasını bitirdikdən sonra məşqçiliklə məşğul olub. Müxtəlif illərdə aşağı yaş millilərimizi çalışdıran “Pro” kateqoriyalı məşqçinin az da olsa, Premyer Liqa təcrübəsi var. Söhbət “Kəpəz”lə “yuxarı”da keçirdiyi 4 oyundan gedir. Hazırda AFFA-nın Məşqşilər Qrupunun üzvü olan Yaşar Vahabzadənin ən böyük uğuru isə 2017-ci ildə Bakıda keçirilən İslam Oyunlarında olub. Həmin vaxt turnirin qalibi olan 21 yaşlılardan ibarət komandamızın baş məşqçisi o idi.

Futbol, “Neftçi” Yaşar Vahabzadəyə nə verib? Dediyinə görə, həyatda qazandığı bütün uğurlara görə futbola borcludur. Əsas da... 42 il əvvəlin söhbətidir. Deməli, o vaxt Azərbaycanda qadınlardan ibarət həndbol komandası “Avtomobilçi” Avropa Kubokunda çıxış edirmiş. “Neftçi” bütün heyətlə xanımları dəstəkləməyə gedib. Orada gənc Yaşar həndbolçumuz Esmira Əsgərova ilə tanış olub və bu tanışlıq 3 ildən sonra Esmira xanımın soyadını, hər ikisinin isə taleyini dəyişməsinə səbəb olub. Vahabzadə ailəsinin 2 övladı, 2 nəvəsi var. Böyük nəvəsi – balaca Yaşar Vahabzadə də babası kimi futbolla məşğuldur. Nə bilmək olar, bəlkə babasından da məşhur futbolçu oldu. Sağlıq olsun, bunu qəhrəmanımızın “70”də olmasa da, 80 illik yubileyində biləcəyik...

İLQAR TAĞIYEV
Sport1.az
Hadisələri telegramda anında izləyin!
Keçid et
Oxşar xəbərlər

XƏBƏR LENTİ

23:56

Patrik Şik Türkiyə klubunun hədəfində

23:07

Ulduz futbolçu "Trabzonspor"a təklif olundu

22:52

"Beşiktaş"ın gənc ulduzu 3 klubun hədəfində

22:16

"Premyer Liqamızda sensasiya baş vermədi" - Ceyhun Sultanov

21:57

“Mançester Yunayted”in ulduzu komandadan ayrılır

21:16

"Qalatasaray"ın 20 milyonluq transfer hədəfi

20:55

"Çox istəyərdim ki, indiki futbolçularımız da bizim nəsil kimi döyüşsünlər” - Sabiq bombardir

20:24

“Liverpul”dan 130 milyon avroluq təklif

19:52

Niderland klubu "Fənərbağça"nın futbolçusu ilə maraqlanır

19:20

"Qubada futbol yaşamalı və daha iləri getməlidir" - Cavid İmamverdiyev

18:53

"Finalda "Qarabağ"ı üstələyərək mövsümü titulla bitirmək istəyirik" - "Sabah"ın üzvü

18:11

“Real Madrid” ulduz futbolçunu transfer etdi

17:39

Boksçularımızdan beş medal

17:17

Güləşçilərimiz toplanışda

17:00

Voleybolçularımız Gürcüstanda

16:38

Bu məsələni həll etmək üçün "Karvan"a 1 milyon lazımdır - AÇIQLAMA

16:33

"Fənərbağça" legioneri ilə vidalaşır

16:06

Azərbaycan çempionundan baş məşqçi ilə bağlı qərar

15:39

"Araz-Naxçıvan"da iki yeni müqavilə - RƏSMİ

15:15

Frank De Bleker: “Hazırkı hakimlər qrupuna inamım böyükdür”

14:51

İspaniya nəhəngi futbolçusuna qiymət qoydu

14:29

"Arsenal" futbolçusunu razı saldı

14:04

"Milan" yeni baş məşqçisini açıqladı - RƏSMİ

13:40

Argentinalı futbolçu İspaniya klubunda?

13:13

Günün oyunları bu kanallarda - TV AFİŞA

12:47

Türkiyəni İngiltərəyə dəyişəcək

12:21

"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı

12:14

“Neftçi” rəhbərliyindən Samir Abasova dəstək

11:54

“Qaçmaq mənə çətin gəldiyi üçün qapıçı olmağı seçdim”

11:28

"Araz-Naxçıvan"da növbəti müqavilə - RƏSMİ

11:11

Finalda 18 baş hakim

10:52

"Futbola qardaşım və oğlanlarla oynayaraq başlamışam" - MÜSAHİBƏ

10:34

“Qarabağ” – “Sabah”: 30-cu duel

10:10

London təmsilçisindən 30 milyon avroluq transfer

09:50

Millimiz Litva ilə üz-üzə - YENİLƏNİR

09:29

"Napoli"də Konte ilə bağlı qərar

09:24

Bu alman klubları Mahir Emreli uğrunda mübarizə aparır - İDDİA

09:01

"Real"dan ayrılmasının səbəbini açıqladı

23:58

Azərbaycan çempionuna mükafatlar təqdim edildi

23:11

“Mançester Yunayted”in ulduzu digər Premyer Liqa klubunun hədəfində

22:30

“Portu”da yeni müqavilə

21:52

Rəcəb Tayyib Ərdoğan “Qalatasaray”ın heyəti ilə görüşdü

21:40

Millimiz Dünya Çempionatının yarımfinalında

20:30

Selçuk İnan bu klubu çalışdıracaq

19:52

Avropa Kubokuna yollanacaq cüdoçularımız bəlli oldu

19:31

“Bolonya”da yeni müqavilə

18:49

“Şirvan” II Liqaya vəsiqə qazandı

18:21

“Qəbələ” 5 futbolçusu ilə vidalaşdı

18:00

Dörd cüdoçumuz Avropa çempionatında

17:40

Rusiya klubu fəaliyyətini dayandırır

17:17

Latviya yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti

16:56

"Şamaxı" legioneri ilə vidalaşdı

16:29

Azərbaycan birinciliyi başladı

16:06

Transfer dönəmlərinin vaxtı

15:43

Kubokun finalına nə qədər bilet satılıb?

15:15

Karateçilərimiz dünya çempionatında

14:56

"Hər iki tərəf üçün böyük oyundur"

14:35

Vasili Berezutski: "Maraqlı oyun olacaq"

14:29

Muslera "Qalatasaray"dan ayrılır - RƏSMİ

13:42

Almaniya millisinin üzvü bu kluba keçdi - RƏSMİ

13:27

Bəhlul Mustafazadə: “İstəkli bir komandaya qarşı oynayacağıq

13:03

Qurban Qurbanov: "Çalışacağıq ki, maraqlı oyun olsun"

13:03

Millimizin heyəti açıqlandı

12:40

Günün oyunları bu kanallarda - TV AFİŞA

12:12

London klubu bu yarımmüdafiəçini istəyir

11:49

Qurbanov “7”, Berezutski ilk üçün

11:28

24-cü cüt

11:11

Messidən 863-cü qol

10:54

"Araz-Naxçıvan"da növbəti müqavilə - RƏSMİ

10:31

Avropanın ən bahalı klubları - SİYAHI