Xorvatiyalı forvard Portuqaliya klubuna transfer oluna bilər.
Sport1.az xəbər verir ki, 2028-ci ilə qədər "Unnion Sent-Jilluaz"la müqaviləsi olan futbolçu ilə "Benfika" maraqlanır. 21 yaşlı hücumçunun transfer dəyəri 13 milyon avrodur.
Qeyd edək ki, İvanoviç ötən mövsüm 56 oyunda 24 qol, 9 məhsuldar ötürmə ilə fərqlənib.
Sport1.az