2024/25 mövsümünü çempion başa vuran "Qalatasaray" heyətini gücləndirmək istəyir.
Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi "Milan"ın 24 yaşlı futbolçusu Strahinya Pavloviçlə maraqlanır.
Müdafiəçinin hazırda transfer dəyəri 18 milyon avrodur. "Aslanlar" artıq futbolçunun meneceri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, serbiyalı bu mövsüm çıxdığı 35 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az