Mövsümün sonunda “Mançester Siti”də müqaviləsi sona yetəcək olan Kevin De Bröyneyə digər Premyer Liqa nəhəngindən təklif var.Sport1.az xəbər verir ki, “Liverpul” belçikalı ulduzun transferi üçün müqavilə təklifi hazırlayır. Bu barədə Di Marzio “X” hesabında paylaşım edib.
Təcrübəli yarımmüdafiəçi 2015-ci ildən “şəhərlilər”in uğurları üçün çalışır.
Qeyd edək ki, 33 yaşlı oyunçu 2024/25 mövsümündə “Mançester Siti” forması ilə 36 oyuna çıxıb və 6 qola, 8 məhsuldar ötürməyə imza atıb.
Sport1.az