“Qalatasaray”da gözlənilməz ayrılıq gerçəkləşə bilər.Sport1.az xəbər verir ki, Lukas Torreyranın komandadan ayrılmaq ehtimalı var. Bu barədə “El Crack Deportivo” məlumat yayıb.
İnformasiyaya əsasən Argentinanın “Boka Xuniors” klubu uruqvaylı oyunçu ilə yaxından maraqlanır.
Xatırladaq ki, “Cim-Bom” 29 yaşlı yarımmüdafiəçi ilə müqaviləni 2028-ci ilə qədər uzadıb.
Torreyra 2024/25 mövsümündə “sarı-qırmızı” forma ilə 45 oyuna çıxıb və 6 qola, 7 məhsuldar ötürməyə imza atıb.
Sport1.az