14:05 11.04.2025 509

Rövşən Nəcəfdən səmimi etiraf: "1 sponsorla futbolu inkişaf etdirmək olmaz" - MÜSAHİBƏ

AFFA-nın Hesabat Konfransında qurumun prezidenti Rövşən Nəcəfin mətbuat konfransı keçirilib.

Sport1.az xəbər verir ki, federasiya rəhbəri jurnalistlərin suallarını cavablandırıb.

- Bir ildə gördüyünüz işlərdən razısız?
- Əldə olunan nəticələr böyükdür. Amma daha çoxunu istəyərdik.

- Kadr islahatları istəyirsiz. Bu, idarəetmə ilə bağlıdır?
- Futbolu inkişaf etdirmək istəyiriksə, böyük işlər görməliyik. Kadr islahalatları kiminsə vəzifəyə gəlməsi, getməsi deyil. Peşəkar kadrların inkişaf etdirilməsinin üzərində işləməliyik. Təlimçi, psixoloq, həkim, hamısı. İstənilən hədəflərə çatmaqda lazım olan əməkdaşlara qapımız açıqdır. AFFA-da da təbii prosesdir. Kimsə gəlir, kimsə gedir. Kütləvi ixtisarlar planı yoxdur. Yolumuzda irəliləyərkən lazım olan əməkdaşları cəlb edəcəyik.

- Uşaq futbolu ən böyük problemlərimizdəndir. Süni örtükdə zədələr çoxdur. Qlobal problemi həll etmək üçün böyük vəsait lazımdır. Bu yöndə hansısa işlərə başlanılıb?
- Bəli, uşaq futbolu, regionlarda futbolun inkişafı, süni meydançların təbii örtüklərlə əvəzlənməsi lazımdır. Bunun üçün külli miqdarda vəsait tələb olunur. Yalnız AFFA-nın vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmur. Özəl sponsorların futbola cəlb edilməsi istiqamətində işlər aparılır. Yalnız AFFA-nın hesabına istədiyimiz işləri həyata keçirmək çətin olacaq.

- "Karvan" və "İmişli" Premyer Liqaya yüksəldikdən sonra Bakıya sığınsalar, vəziyyət necə olacaq?
- Bir il möhlət verilməsi qərara alınıb. Yarış başa çatmayıb. Klubların adını çəkmək istəməzdim. Premyer Liqadakı klublarla da danışırıq ki, infrastruktur standartlara cavab versin. Regionlarla bağlı, çox istəyərdik və məqsədimiz odur ki, region klubları öz bölgələrində oynasınlar. Bu, həm uşaq futboluna dəstək olacaq, həm də azarkeşlər üçün maraqlıdır. "Turan Tovuz"da görülən işləri nümunə göstərmək olar. Öz vəsaiti ilə gələn özəl investerlor var. Vəzifəmiz onlara müvafiq şəraiti yaratmaqdır. Futbolumuza töhvə vermək istəyənlərə zəruri şəraiti yaratmaq əsas işimizdir.

- Legioner limiti ləğv olunduqdan sonra millinin nəticələrinin daha pis olacağına dair narahatlıqlar var. Siz necə düşünürsünüz?
- Bu, yerli oyunçuların keyfiyyətinin yüksəlməsinə kömək olacaq. Əgər yerlilər legionerlərə rəqabətdə uduzacaqsa, 4-cü komandalarda əsas heyətə düşə bilməyən yerlilərlə millidə hansı uğura imza ata bilərik? Bu qərarın bizi yuxarılara aparacağına inanırıq. Uğuru necə təsvir etməyimizdən çox çey asılıdır. Avropa çempionatının seçmə mərhələsində 3-5-ci yerlər uğurdur? Biz bunu istəmirik. İstəyirik ki, millimiz mötbətər turnirlərin final mərhələsində oynasın. Əvvəlki dövrlərdə də düşünmürəm ki, uğur adlandıracağımız nəticələr var idi.

- Uğursuzluqlar davam edərsə, Fernandu Santuşun müqaviləsi ilə bağlı qərar veriləcək?
- Haiti ilə matçda bizdə cəmi 4, Belarusla oyunda 2 milliləşdirilmiş oyunçu var idi. Əvvəllər bu say 7 idi. Rəqabətli cavan komanda qurmaq çətin prosesdir. Amma edilməlidir. Santuşla müzakirəmiz oldu. Qısa müddətdə daha ürəkaçab nəticələrin olması haqda müzakirələr apardıq. İyunda yoldaşlıq oyunlarımız var. Biz yalnız nəticələrə yox, onun yeniliklərə yanaşmasına diqqət verməliyik. Təklif edirəm ki, iyunda yoldaşlıq oyunlarından əvvəl medianın səhərdən axşama qədər komandanı necə hazırladığını görmək üçün iştirakı olsun. Məşqçini yalnız oyunun nətiəsinə görə qiymətləndiririk. Amma onun oyuna, məşqə yanaşmasını görsünlər. Mediadan dəstək istəyirik, təkliflərlə çıxış etsinlər. Santuş ilk dəfə millinin heyətini canlı olaraq elan etməyə başladı.

- Klublar hakimlikdən narazıdır. De Belekerin fəaliyyətindən razısız?
- Ekosistemin inkişafına ehtiyac var. Narazılıqlar mövcuddur. Bu sahədə daha çox işlər görməliyik. De Belekerin fəaliyyətinə gəldikdə, ən aparıcı sistemə uyğun olaraq bütün sistemi qururlar, hakimlərlə görüşürlər, təhlillər aparırlar, ən yaxşı eksperltəri cəlb edirlər. Amma yenə də səhvlər var. 2 FIFA referimiz var, 4-ə yüksəltmək isyəyirik. İşlər aparırılır. Hakimliyə həvəs, maraq göstərənlər azdır. İstəyərdik ki, hakimlər büyün matçlarda xətasız olsun. Təəssüf ki, mümkün deyil. Nail ola biləcəyimiz nəticə belə xətaların minimuma endirilməsi və qərəzin olmamasıdır. Qərəz yoxdursa, səhvlərin təkrarlanmaması üçün işlər aparılmalıdır.

- İcraiyyə Komitəsinin iclasından sonra AFFA-nın heç bir rəsmisi açıqlama vermir. AFFA mətbuatdan niyə kənar qaçır?
- Razı deyiləm. Sərxan müəllim və Cahangir müəllim media önünə çıxır. Belə təəssürat yaranırsa, demək ki, nəyisə kifayət qədər etmirik. Media ilə görüşləri plana salarıq. Baş məşqçi də media ilə əlaqədə olur. Belə təəssürat varsa, nəyisə düzgün etmirik. İşləyərik bu istiqamətdə.

- Futbolçuların hərbi xidmət məsələsi necə həll oluna bilər? "Dinamo" bununla bağlı AFFA-ya müracitə edib, amma quruç susur... Onlara maddi-texniki dəstəyin verilməsi nəzərdə tutulub?
- Azərbaycan Respublikasında səfərbərliklə bağlı qanunlar var. Biz aidiyyatı qurumlarla müzakirələr aparırıq. Ümid edirik ki, burada da müsbət nəticə əldə edərik. Bu, AFFA-nın səlahiyyəti çərçivəsində deyil. Klublar bizə müraciət edir, biz də aidiyyatı qurumlarla əlaqəyə keçirirk.

- "Barselona"nın Bakıda akademiya açmaq istəyi var. AFFA-nın burada rolu var?
- Layihəyə başlammışdan əvvəl "Barseloa"nın prezidenti Bakıya iki dəfə səfər edib. Hər iki tərəfin burada nə etmək lazım olduğunu müzakirə etdik. Hazırda layihənin icrasına başlamaq üçün son detallar klub tərəfindən dəqiqləşdirilir. Əsas hədəf bu klubun akademiyasının təcrübəsini burada reallaşdırmaqdır. Özəl partnoyrların Azərbaycan futboluna töhvə verməsi üçün zəruri şəraitin yaradılmasına hazırıq. Nə qədər yaxşı təkliflər olarsa, qapımız hamısına açıqdır.

- Azərbaycan futbolunda problemlər çoxdur. Bunların fonunda sizcə millinin baş məşqçisinin əcnəbi olmasına ehtiyac var?
- Məşqçi seçimində milliyyətdən daha çox, töhvə verə biləcək təcrübə, bilik nəzərə alınır. U-21 millisinin baş məşqçisi Ayxan ABbasovla müqavilə imzalananda onunla danışdıq və bildik ki, klubdakı və millidəki fəaliyyətini ayırıb, tənzimləyə biləcək. Məhdudiyyət yoxdur ki, məşqçi yerli, ya xarici olmalıdır. Çox istəyərdik ki, azərbaycanlı mütəxəssislər, hakimlər, məşqçilər, idman tibb sahəsindəki peşəkarlarımızı daha çox cəlb edək, onları yetişdirək, futbolumuzun inkişafına töhvə verəcək insanlara şərait yaradaq.

- UEFA ilə münasibətləriniz necədir? Orada nümayəndəmiz yoxdur.. "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov müharibə dövründə yazdığı statusa görə ömürlük cəza aldı. Nurlanın məsələsini bir daha gündəmə gərirmək, UEFA ilə bir daha danışmaq mümkündür?
- Həm UEFA, həm FIFA ilə sıx əməkdaşlıq edirik. Çox gözəl münasibətlər var. Bütün beynəxlalq təşkilatlarda azərbaycanlıların olmasını istərdik. Amma müəyyən prosedurlar var. FIFA-da Elxan Məmmədov çox məsul vəzifədə çalışır. Yerlilərimizin mötəbər təşkilatlarda çalışmasına sevinirik, dəstəkləyirik. Daha çox peşəkar yetişdirməliyik ki, sonra beynəlxalq qurumlarda vəzifələrə keçsinlər. Nurlan İbrahimovla bağlı UEFA-nın standartlarına, qaydalarına uyğun qərar qəbul edilib. "Qarabağ"dakı həmkarlarımızla da danışmışıq. Yenə də qərar sahibi UEFA-dır. Hər bir qurumun öz qaydaları, prinsipləri var. Həmin nizamnamədə tədbirlər nəzərə tutulubsa, bir şəxsə görə dəyişəcəklərini düşünmürəm. Amma yenə də baxarıq.

- Növbəti mövsümdə klublara edilən maliyyə yardımı artırılacaq?
- Vəsait yalnız federasiyadan gəlməməldiir. Çalışmalıyıq ki, futbola daha çox sponsorlar cəlb edək. Futbolun dayanıqlılığı maliyəyyədən asılıdır. Yalnız bir sponsor hesabına futbolu inkişaf etdirmək mümkün deyil. Bununla bağlı İcraiyyə Komitəsinin iclası olacaq. Ümumi məbləğin artırılması düşünülmür. Klub sayı artırsa, vəsait azalır. Klublar vəsaiti özləri cəlb etməyə öyrənməlidir.

- Qurban Qurbanov AFFA-nın iclaslarında iştirak etmir. Arada soyuqluq var? Qurban müəllim İcraiyyə Komitəsi ilə bağlı sualları cavablandırmır.
- Hansısa problem yoxdur. O, İK-nin iclaslarına qatılır. Münasibətimiz yaxşıdır. Hansısa soyuqluqdan söhbət gedə bilməz. Özündən də soruşa bilərsiz. İclaslarda iştirak etmədiyi təqdirdə də, hamının öz planı var. Üzrlü səbəblərlə bağlı məlumat verilir.
Hadisələri telegramda anında izləyin!
Keçid et
Oxşar xəbərlər

XƏBƏR LENTİ

23:37

PSJ Qitələrarası Kubokun finalında “Flamenqo” ilə qarşılaşacaq

23:20

Arbeloa “Real”ın əsas komandası ilə bağlı xəbərlərə aydınlıq gətirdi

22:35

Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatdı

22:13

2 boksçumuz AÇ-nin yarımfinalında

21:49

Salah Premyer Liqada Runinin rekordunu qırdı

21:29

Azərbaycan çempionatlarında 2-ci turun oyunları keçirilib

20:51

Bernardo Silva futbolu bitirdikdən sonra nə edəcəyini açıqladı

20:26

"Neftçi" Rusiya klubu ilə əməkdaşlıq edəcək

19:12

"Bu, utancvericidir" – Berdiyev

18:54

"Bu cür meydançalarda futbolçuların inkişaf etməsi mümkün deyil" – Dambrauskas

18:46

"Şamaxı" və "Sabah"dan qələbə - YENİLƏNİB

17:51

Emre Mor Super Liqada klubunu dəyişə bilər

16:58

Ayxan Abbasov: "Əvvəl onu ələ salırdılar, indi isə qol vurur, milliyə dəvət alır" - MÜSAHİBƏ

16:23

Rəşad Sadıqov hücumda yaranan problemləri bununla əlaqələndirdi - AÇIQLAMA

15:50

Benzema mundialda çıxış etmək istəyir

15:26

"Yunayted" qışda onu göndərməyi planlaşdırır

14:48

Alonsonun istefası halında Zidan “Real”a qayıdacaqmı?

14:33

Cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar

13:56

"Qalatasaray" Braziliya millisinin üzvü ilə maraqlanır

13:47

Azərbaycan çempionatında növbəti mükafatçılar bəlli oldu

13:07

"Şamaxı" – "Zirə": HEYƏTLƏR

12:56

Yuri Vernidub "Neftçi" azarkeşlərinə səsləndi - MÜSAHİBƏ

12:14

"İnter Mayami" argentinalı futbolçunu birbaşa transfer edəcək

11:44

İngiltərə nəhəngləri "Leypziq"in ulduzu ilə maraqlanır

11:12

"Real"ın hücumçusu Bundesliqa klubuna yollana bilər

09:44

Morata yaşıl meydanlardan uzaq qalacaq

09:13

Sabiq "Çelsi"li karyerasını başa vuracaq

01:41

Millinin məşqçisi uşaq futbolçulara qeyri-etik jest edib - ŞOK İDDİA

23:44

“Ordu” və NTD-dən qələbə

23:14

Mbappenin PSJ ilə bağlı apellyasiya şikayəti rədd edildi

22:41

Azərbaycanın 4 boksçusu AÇ-nin 1/4 finalında

22:17

Məşhur futbolçu ürəyindəki problemə görə karyerasını bitirir

22:08

Haaland niyə Ronaldonu və Messini bütün futbolçular üçün nümunə sayır?

20:37

La Liqada bazar dəyəri ən çox düşən futbolçular açıqlandı

20:03

Azərbaycan millisi DÇ-də 16 idmançı ilə təmsil olunur

19:39

Messi rəqibindən üzr istəməsini tələb edib

19:21

Morata uzun müddət yaşıl meydanlardan uzaq qalacaq

18:33

Premyer Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu

18:07

Salahın heyətdən kənarda qalması ilə bağlı qərarı kim verdi? – SLOT AÇIQLADI

17:52

AFFA Əliyar Ağayevlə Kamal Umudlunun səhvini etiraf etdi – VİDEO

17:28

AFFA rəsmisi Gəncə və “Turan Tovuz” futbol akademiyalarına səfər ediblər – FOTOLAR

17:02

“Atletiko”nun hücumçusu “Barselona” iddialarına reaksiya verdi

16:53

İngiltərədə ayın ən yaxşı baş məşqçisi açıqlandı

16:32

AFFA rəhbərliyi Ulu Öndərin xatirəsini yad edib

16:13

DÇ: Daha bir boksçumuz finala yüksəldi

15:17

“Qarabağ”dan qış planı: Yalnız bir şərtlə ayrılıq mümkündür

15:11

Təxirə salınmış oyuna təyinatlar açıqlandı

14:46

 “Araz-Naxçıvan”ın üzvü əməliyyat olundu

14:30

Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçildi

13:36

Bu klub “Qarabağ”a futbolçu transferi üçün rəsmi təklif göndərdi

13:14

“Real” Vinisiusa yeni müqavilə ilə bağlı ultimatum verib

12:51

Turun daha iki oyunu keçiriləcək

12:03

Ançelotti “Qarabağ”ın futbolçusunu istəyir

11:36

"Qarabağ" bu göstəriciyə görə ÇL-da dördüncüdür

11:18

DÇ: Bir boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

10:54

Saşa Boe Premyer Liqaya gedə bilər

10:39

Türkiyəli qapıçı Avropa Liqasının tarixinə keçdi

10:05

Portuqaliyalı qapıçı karyerasını başa vurub

09:52

"Barselona"da yeni müqavilə

09:24

ÇL: Həftənin ən yaxşı oyunçusu bəlli olub

09:03

Taliska "Fənərbağça"da bunu bacaran ilk oyunçu oldu

23:11

Vüqar Həşimov Memorialının qalibi müəyyənləşdi

22:34

“Naxçıvan” “Sərhədçi” üzərində qələbə qazandı

22:19

“Araz-Naxçıvan” liderə qalib gəldi

21:42

“Ordu” “Neftçi”yə qalib gəldi

21:37

“Səbail”dən darmadağın

21:07

Millimiz FIFA reytinqində ili 74-cü pillədə başa vurdu

20:43

UEFA 6-cı turun ən yaxşılarını açıqladı

20:18

Azərbaycan çempionatı start götürdü

19:36

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Lənkəran” klubunun şikayətini təmin etmədi