Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Fənərbağça” İngiltərəyə üz tutub.Sport1.az xəbər verir ki, “sarı-lacivərtlilər”in Vilfred Ndidi üçün “Lester Siti”yə təklif göndərdiyi iddia olunur. Bu barədə “Africa Foot” nəşri məlumat yayıb.
İstanbul nəhənginin nigeriyalı oyunçuya 2 illik müqavilə irəli sürdüyü qeyd olunub.
28 yaşlı futbolçu ilə bəzi Almaniya klublarının da maraqlandığı bildirilib.
Xatırladaq ki, 2017-ci ildən “Lester Siti”nin formasını geyinən Ndidi bu mövsüm 27 oyuna çıxıb və 1 qola, 4 məhsuldar ötürməyə imza atıb.
Sport1.az