Mövsüm sonunda “Bayern” ilə müqaviləsi başa çatacaq olan Leroy Sanenin klubdan tələb etdiyi maaşın məbləği bəlli olub.Sport1.az xəbər verir ki, ulduz futbolçu Münhen klubundan illik 10 milyon avro maaş və 5 milyon avro da imza pulu istəyir.
Səudiyyə Ərəbistanı təmsilçilərinin də heyətinə qatmaq istədiyi 29 yaşlı oyunçunun “Bayern” ilə son görüşündən sonra karyerasının hansı formada davam edəcəyi müəyyənləşəcək.
Qeyd edək ki, Sane Almaniya nəhənginin forması ilə 2024/25 mövsümündə 42 oyuna çıxıb və 12 qola, 4 məhsuldar ötürməyə imza atıb.
Sport1.az