"Real"ın baş məşqçisi Karlo Ançelotti klubdakı gələcəyi ilə bağlı qərarını verib.
Sport1.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Mənbənin məlumatına görə, italyan mütəxəssis gələn mövsümdə də Madrid təmsilçisini çalışdırmaq istəyir. La Liqa və ya Çempionlar Liqasındakı qələbə onun bu arzusunu asanlaşdıracaq.
65 yaşlı mütəxəssisin "Kral klubu" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Daha əvvəl mediada "Real"ın Leverkuzen "Bayer"inə başçılıq edən Xabi Alonsonu Ançelottinin potensial əvəzedicisi kimi nəzərdən keçirdiyi barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, İspaniya La Liqasında 26 turdan sonra "Kral klubu" 54 xal toplayaraq üçüncü pillədə qərarlaşıb.
Sport1.az