“Qalatasaray” “Mançester Siti”nin ulduz futbolçusunu transfer etməyə çalışır.Sport1.az xəbər verir ki, “Cim-Bom” Bernardo Silvanın heyətinə qatmağı planlaşdırır. Bu barədə “Fotomaç” nəşri məlumat yayıb.
İstanbul nəhənginin menecerlər vasitəsilə Portuqaliyalı oyunçu ilə əlaqə qurduğu qeyd edilib.
Xatırladaq ki, təcrübəli yarımmüdafiçinin “şəhərlilər” ilə daha bir illik müqaviləsi var.
Sport1.az