Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Benfika” Almaniyaya üz tutub.Sport1.az xəbər verir ki, Portuqaliya nəhəngi “Bayern”in oyunçusu Joao Palinyanı heyətinə cəlb etməyi planlaşdırır. Bu barədə “CNN” məlumat yayıb.
Təcrübəli yarımmüdafiəçinin keçidi üçün artıq danışıqlara başlanılıb.
Qeyd edək ki, 29 yaşlı oyunçu 2024/25 mövsümündə Münhen klubunun forması ilə 24 oyuna çıxıb və bu qarşılaşmalarda fərqlənməyi bacarmayıb.
Sport1.az