Almaniya Bundesliqasında 2024/25 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.Sport1.az xəbər verir ki, bu nominasiyaya “Bayern”in oyunçusu Harri Keyn layiq görülüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli hücumçu cari mövsümdə Münhen təmsilçisinin forması ilə liqada 31 oyuna çıxıb və 26 qola, 10 məhsuldar ötürməyə imza atıb.
Qeyd edək ki, “Bayern” ilə Almaniya çempionu olan Keyn karyerasında ilk titulunu qazanıb.
Sport1.az