"Sumqayıt"dan ayrılacaq növbəti futbolçunun adına aydınlıq gəlib.Sport1.az xəbər verir ki, "kimyaçılar" Miloş Miloviç ilə vidalaşıb.
Müqavilə müddəti başa çatan 29 yaşlı oyunçu ilə yeni saziş imzalanmayacaq.
Monteneqrolu müdafiəçi 2024-cü ilin sentyabrında “Sumqayıt”a keçmişdi. Onun komanda ilə müqaviləsi iyun ayına kimi idi.
Qeyd edək ki, Miloviç "Gənclik şəhəri" təmsilçində 17 oyuna çıxıb və bu qarşılaşmalarda fərqlənməyi bacarmayıb.
MURAD ABDULLAZADƏ
Sport1.az