"Sumqayıt" növbəti mövsüm iddialı heyət formalaşdırmaq istəyir.Sport1.az xəbər verir ki, bu səbəbdən "kimyaçılar"ın rəhbərliyi ciddi transfer hazırlıqlarına başlayıb.
"Gənclik şəhəri" təmsilçisi ilk olaraq "Araz-Naxçıvan"ın oyunçusu Mustafa Əhmədzadəni heyətə cəlb etmək niyyətindədir.
21 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə 19 oyuna çıxıb və bu qarşılaşmalarda cəmi 1072 dəqiqə meydanda olub. Mustafa oynamaq şansı əldə etdiyi müddət ərzində fərqlənməyi bacarmayıb.
Qeyd edək ki, gənc futbolçu yığmaya çağrılsa da, millidə hələ debüt etməyib.
MURAD ABDULLAZADƏ
Sport1.az