Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Çelsi” Almaniyaya üz tutub.Sport1.az xəbər verir ki, “zadəganlar” “Ayntraxt”ın oyunçusu Huqo Ekitikeni transfer etməyi planlaşdırır. Bu barədə “RMC Sport” məlumat yayıb.
Bundesliqa klubu isə futbolçunun keçidi üçün qarşı tərəfdən 80-100 milyon aralığında bir məbləğ tələb edir.
Qeyd edək ki, 22 yaşlı hücumçu 2024/25 mövsümündə “Ayntraxt”ın forması ilə 48 oyuna çıxıb və 22 qola, 12 məhsuldar ötürməyə imza atıb.
Sport1.az