Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Real Madrid” İngiltərəyə üz tutub.Sport1.az xəbər verir ki, “kral klubu” “Bornmut”un oyunçusu Den Huyseni transfer etməyi planlaşdırır. Bu barədə Fabrizio Romano “X” hesabında paylaşım edib.
Transferin dəyəri 60 milyon olaraq qiymətləndirilir.
“Real” rəhbərliyi gənc müdafiəçiyə 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə təklif etməyə hazırlaşır.
Qeyd edək ki, 20 yaşlı oyunçu 2024/25 mövsümündə “Bornmut” forması ilə 34 oyuna çıxıb və 3 qola, 1 məhsuldar ötürməyə imza atıb.
Sport1.az