Növbəti mövsüm üçün transfer hazırlıqlarını davam etdirən “Mançester Siti” “Nottinqam Forest”in ulduzunu transfer etməyi planlaşdırır.Sport1.az xəbər verir ki, “şəhərlilər” Morqan Qibbs Vaytın xidmətində maraqlıdır. Bu barədə Fabrizio Romano “X” hesabında paylaşım edib.
Mançester təmsilçisinin qarşıdakı həftələrdə futbolçu üçün klubuna təklif göndərəcəyi qeyd olunub.
Xatırladaq ki, 25 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə 34 oyuna çıxıb və 5 qola, 9 məhsuldar ötürməyə imza atıb.
Sport1.az