Növbəti mövsüm üçün iddialı heyət formalaşdırmağı planlaşdıran "Sumqayıt" daha bir futbolçu ilə ortaq məxrəcə gəlməyi bacarıb.Sport1.az xəbər verir ki, "kimyaçılar" Alan Diasla razılaşıb.
Müqaviləsi başa çatan braziliyalı müdafiəçi ilə 1 illik nəzərdə tutulan yeni saziş imzalanacaq.
Qeyd edək ki, ötən ilin avqust ayında komandaya cəlb olunan 26 yaşlı oyunçu "Gənclik şəhər" təmsilçisinin forması ilə 18 oyuna çıxıb. O, bu qarşılaşmalarda fərqlənməyi bacarmayıb.
MURAD ABDULLAZADƏ
Sport1.az