Növbəti mövsüm üçün transfer axtarışlarını davam etdirən “Mançester Yunayted” “Brentford”un futbolçusunu heyətinə cəlb etməyi planlaşdırır.Sport1.az xəbər verir ki, “qırmızı şeytanlar” Bryan Mbeumonu transfer etmək niyyətindədir. Bu barədə İngiltərə mediasında məlumat yayılıb.
Mançester klubu 25 yaşlı hücumçu üçün artıq danışıqlara da başlayıb.
Qarşı tərəf futbolçunun keçidi üçün 60 milyon avro tələb edir.
Qeyd edək ki, Bryan 2024/25 mövsümündə “Brentford” forması ilə 42 oyuna çıxıb və 20 qola, 9 məhsuldar ötürməyə imza atıb.
Sport1.az