Yeni mövsümə hazırlıqlarını davam etdirən “Liverpul” ulduz futbolçunu heyətinə cəlb etməyi planlaşdırır.Sport1.az xəbər verir ki, “qırmızılar” Florian Virtzi transfer etmək niyyətindədir. Bu barədə “BİLD” nəşri məlumat yayıb.
Premyer Liqa klubu almaniyalı oyunçunun keçidi üçün “Bayer 04”ə 130 milyon avroya yaxın məbləğdə təklif irəli sürüb.
Qeyd edək ki, 22 yaşlı hücumçu 2024/25 mövsümündə Leverkuzen təmsilçisinin forması ilə 45 oyuna çıxıb və 16 qola, 15 məhsuldar ötürməyə imza atıb.
Sport1.az