İtaliya A Seriyasında çempionluq uğrunda mübarizə aparan “Napoli” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.Sport1.az xəbər verir ki, Neapol klubu “Lill”in oyunçusu Conatan Deyvidi komandaya cəkb etməyi planlaşdırır. Bu barədə İtaliya mediasında məlumat yayılıb.
“Napoli” artıq futbolçuya müqavilə təklif etməyə hazırlaşır.
Qeyd edək ki, 25 yaşlı hücumçu 2024/25 mövsümündə “Lill” forması ilə 48 oyuna çıxıb və 25 qola, 12 məhsuldar ötürməyə imza atıb.
Sport1.az