“Barselona”nın təcrübəli müdafiəçisi komandaya geri dönüb.Sport1.az xəbər verir ki, Mark Kasado zədəsini sağaldaraq məşqlərə qoşulub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sözügedən futbolçu La Liqanın XXVIII turunda “Atletiko”ya qarşı oyun zamanı dizindən zədə almışdı.
Qeyd edək ki, 21 yaşlı oyunçu 2024/25 mövsümündə “Barsa” forması ilə 36 oyuna çıxıb və 1 qola, 6 məhsuldar ötürməyə imza atıb.
Sport1.az