"Sumqayıt"dan ayrılacaq ilk futbolçunun adına aydınlıq gəlib.Sport1.az xəbər verir ki, "kimyaçılar" mövsümün sonunda millimizin oyunçusu Rövlan Muradovla vidalaşacaq.
Buna səbəb 27 yaşlı futbolçu ilə klub rəhbərliyinin ortaq nöqtəyə gələ bilməməsi olub.
Premyer Liqa komandası Muradov ilə qarşıdakı ayın sonunda başa çatacaq olan müqaviləni yeniləməyəcək.
Qeyd edək ki, Rövlan bu mövsüm "Sumqayıt" forması ilə 31 oyuna çıxıb və 1 qola, 4 məhsuldar ötürməyə imza atıb.
MURAD ABDULLAZADƏ
Sport1.az