“Qalatasaray”ın “Verder Bremen”ə icarəyə göndərdiyi Derrik Köhn komandada adından söz etdirməyi bacarıb.Sport1.az xəbər verir ki, Bundesliqa klubu mövsümün sonunda icarə müddəti başa çatacaq olan futbolçunu heyətdə saxlamaq istəyir. Bu barədə Almaniyanın “Kicker” nəşri məlumat yayıb.
“Verder Bremen” rəhbərliyi kontraktdakı satınalma şərtindən istifadə etməyi planlaşdırır. Lakin nəzərdə tutulan məbləğin 5.1 milyon avrodan 2.5 milyon avroya endirilməsinə çalışır.
Qeyd edək ki, Derrik Köhn 2024/25 mövsümündə Almaniya təmsilçisinin forması ilə 29 oyuna çıxıb və 2 qola, 2 məhsuldar ötürməyə imza atıb.
Sport1.az