Növbəti mövsüm üçün transfer axtarışlarını davam etdirən “İnter” Fransaya üz tutub.Sport1.az xəbər verir ki, İtaliya nəhəngi “Marsel” klubuna Luis Enrike üçün təklif göndərib. Bu barədə Di Marzio “X” hesabında paylaşım edib.
Milan təmsilçisi futbolçu üçün 25 milyon avro irəli sürüb.
Qeyd edək ki, 23 yaşlı hücumçu 2024/25 mövsümündə 34 oyuna çıxıb və 9 qola, 9 məhsuldar ötürməyə imza atıb.
Sport1.az