“Mançester Yunayted” 18 yaşlı futbolçu ilə razılığa gəlib.Sport1.az xəbər verir ki, “qırmızı şeytanlar” “Le Havr”dan gənc hücumçu Enzo Kana Biyiki transfer etmək üçün razılıq əldə edib. Bu barədə Fabrizio Romano “X” hesabında paylaşım edib.
Kananın yaxın zamanda rəsmi müqavilə imzalayacağı gözlənilir.
Tərəflər arasında 2030-cu ilə qədər nəzərdə tutulan kontraktın imzalanacağı qeyd edilib.
Sport1.az