“Portu” Rodriqo Mora ilə yeni müqavilə imzalayıb.Sport1.az xəbər verie ki, futbolçunun müqavilə müddəti 2030-cu ilin iyununa qədər uzadılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı gənc istedadın kontraktına 70 milyon avroluq sərbəstqalma maddəsi əlavə edilib.
Qeyd edək ki, Mora 2024/25 mövsümündə Portuqaliya liqasında 21 oyuna çıxıb və 8 qol, 4 məhsuldar ötürməyə imza atıb.
Xatırladaq ki, Rodriqo “Portu” Akademiyasının yetirməsidir.
Sport1.az