“Bayer 04” heyətini yeni futbolçu ilə gücləndirib.Sport1.az xəbər verir ki, Bundesliqa klubu “Herta”nın oyunçusu İbrahim Maza ilə razılığa gəlib.
Leverkusen təmsilçisi 19 yaşlı futbolçu üçün qarşı tərəfə 12 milyon avro ödəyəcək və İbrahim 2025-ci ilin iyun ayında 2030-cu ilə qədər nəzərdə tutulan müqaviləni imzalayacaq.
Qeyd edək ki, Maza 2024/25 mövsümündə hazırki komandası ilə 33 oyuna çıxıb və 7 qola, 5 məhsuldar ötürməyə imza atıb.
Sport1.az